Prezident İlham Əliyev oktyabrın 5-də Azərbaycan Respublikasının təhsil işçilərinə “Əməkdar müəllim” fəxri adının verilməsi və Azərbaycan Respublikasının təhsil işçilərinin təltif edilməsi haqqında Sərəncamlar imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təltif edilənlər arasında Naxçıvan Muxtar Respublikasının təhsil işçiləri də vardır.
Prezidentin Sərəncamı ilə Əliyeva Zəhra İsa qızı, Həsənova Vəfa Əflatun qızı, Quliyeva Aytən Qəhrəman qızı və Süleymanova Səadət Yunis qızı “Əməkdar müəllim” fəxri adı ilə, Babayev Habil Heydər oğlu, Əhmədova Tutu Rza qızı, Quluyeva Sədaqət Tofiq qızı və Məmmədova Elnarə Bahadir qızı isə “Tərəqqi” medalı ilə təltif ediliblər.
Qeyd edək ki, həmin şəxslər Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə təltif ediliblər.