Kənd təsərrüfatı sahəsində dövlət nəzarətini həyata keçirən işçilərin xüsusi geyim forması hazırlanacaq - FƏRMAN

A- A A+

Kənd təsərrüfatı texnikası sahəsində dövlət nəzarətini həyata keçirən işçilərin xüsusi geyim forması hazırlanacaq.

NUHÇIXAN İnformasiya Agentliyi məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” fərmana edilən dəyişiklikdə əksini tapıb.

Nazirlər Kabinetinə Kənd Təsərrüfatı Nazirliyinin təklifləri əsasında kənd təsərrüfatı texnikası sahəsində dövlət nəzarətini həyata keçirən işçilərin xüsusi geyim formasının, fərqlənmə nişanlarının təsvirini və təchizat normasını, habelə kənd təsərrüfatı texnikası sahəsində dövlət nəzarətinin həyata keçirilməsi üçün zəruri olan nəzarət-ölçü cihazlarının və digər xüsusi vasitələrin Siyahısını üç ay müddətində təsdiq etmək tapşırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: