Naxçıvanın mədəniyyət işçiləri təltif edilib - SƏRƏNCAM

A- A A+

Prezident İlham Əliyev oktyabrın 16-da Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi və Azərbaycan Respublikasının mədəniyyət xadimlərinin təltif edilməsi haqqında Sərəncamlar imzalayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təltif edilənlər arasında Naxçıvan Muxtar Respublikasının mədəniyyət işçiləri də vardır.

Prezidentin Sərəncamı ilə Babayev Fikrət Həsən oğlu “Əməkdar rəssam” fəxri adı ilə, Qardaşbəyova Nazilə Adəm qızı “Əməkdar mədəniyyət işçisi” fəxri adı ilə, Fətəliyev Zakir Məhərrəm oğlu və Tağıyev Qəhrəman Fərman oğlu isə “Tərəqqi” medalı ilə təltif ediliblər.

Qeyd edək ki, həmin şəxslər Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə təltif ediliblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: