Prezident İlham Əliyev noyabrın 17-də Kərim Tahirovun 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda kitabxana işi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Kərim Məhəmməd oğlu Tahirov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilsin".