Prezident İlham Əliyev Kambocanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB - FOTOLAR

A- A A+

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Kamboca Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kim Henq Measın etimadnaməsini qəbul edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, səfir Kim Henq Meas etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Kambocanın Azərbaycana dost ölkə olduğunu deyən dövlətimizin başçısı Azərbaycan tərəfinin münasibətlərin inkişafında maraqlı olduğunu vurğulayıb. Azərbaycanla Kamboca arasında çox yaxın siyasi əlaqələrin mövcud olduğunu deyən dövlətimizin başçısı səfir Kim Henq Measın ölkələrimizin biznes dairələri arasında da əməkdaşlığın qurulması işində səylərini əsirgəməyəcəyinə ümidvar olduğunu bildirib. Prezident İlham Əliyev, eyni zamanda, humanitar sahədə də əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğunu qeyd edib.

Xoş sözlərə görə təşəkkürünü bildirən səfir Kim Henq Meas Kambocanın Kral həzrətləri Norodom Sihamoninin salamlarını və firavanlıq arzularını dövlətimizin başçısına və Azərbaycan xalqına çatdırıb.

Prezident İlham Əliyev Norodom Sihamoninin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Kral həzrətlərinə çatdırmağı xahiş edib.

Səfir Kim Henq Meas ölkələrimiz arasında regional və beynəlxalq təşkilatlar çərçivəsində yüksək səviyyədə əlaqələrin olduğunu vurğulayaraq fəaliyyəti dövründə Kamboca-Azərbaycan dostluq münasibətlərinin və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: