Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub - YENİLƏNİB

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, noyabrın 28-də Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub.

Görüşdə iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinin strateji müttəfiqlik xarakteri daşıdığı bir daha qeyd edilib.

Söhbət zamanı İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində aparılan müzakirələrə toxunuldu, ötən dövr ərzində Türkiyənin təşkilata sədrliyi yüksək qiymətləndirilib.

Eyni zamanda ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi, həmçinin postmünaqişə dövründə Cənubi Qafqazda gedən proseslər və mövcud vəziyyət barədə ətraflı fikir mübadiləsi aparılıb.

Prezidentlər, həmçinin enerji və nəqliyyat məsələlərini müzakirə ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: