“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev müvafiq Sərəncam imzalayıb.
Müşahidə Şurasının sədri
Natiq Əmirov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri
Müşahidə Şurasının üzvləri
İnam Kərimov – Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri
Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri
Xalid Əhədov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi
Elman Rüstəmov – Azərbaycan Respublikası Mərkəzi Bankının sədri.