Naxçıvanın rabitə və informasiya texnologiyaları sahəsində çalışan işçiləri təltif edilib - SƏRƏNCAM

A- A A+

Prezident İlham Əliyev dekabrın 6-da Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin təltif edilməsi və Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları sahəsi işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında Sərəncamlar imzalayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təltif edilənlər arasında Naxçıvan Muxtar Respublikasının rabitə və informasiya texnologiyaları sahəsində çalışan işçilər də vardır.

Prezidentin Sərəncamı ilə Ağayev Yasin Nadir oğlu “Əməkdar mühəndis” fəxri adı ilə, Abbasov Cəmil Salman oğlu və Ələkbərov Elçin Məhərrəm oğlu isə “Tərəqqi” medalı ilə təltif ediliblər.

Qeyd edək ki, həmin şəxslər Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları sahəsində səmərəli fəaliyyətinə görə təltif ediliblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: