Fərhad Adıgözəlov Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin sədri təyin edilib - SƏRƏNCAM
Prezident İlham Əliyev dekabrın 7-də Fərhad Adıgözəlovun Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin sədri təyin edilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin sədri təyin edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir".