Ali Məclisin Sədri Sərəncam imzaladı

A- A A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 17-də "Naxçıvan Muxtar Respublikası təltiflərinin verilməsi haqqında" Sərəncam imzalayıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin  II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:

Naxçıvan Muxtar Respublikasında mətbuatın inkişafında səmərəli fəaliyyətlərinə görə:

Həsənov Səbuhi Elşad oğlu

Məmmədov Muxtar Məmməd oğlu – “Əməkdar jurnalist” fəxri adı ilə;

Ağayev Çingiz Cəfər oğlu

Heydərova Esmira Salman qızı

Mənsumova Şərəf Nağı qızı

Səfərov Əsədulla Müqəddəs oğlu – “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilsinlər".

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 1 iyun 2021-ci il tarixində “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” Sərəncam imzalayıb. Təltif edilən media nümayəndələri  “Şərq qapısı” qəzetinin və "Əcəmi" Nəşriyyat - Poliqrafiya Birliyinin əməkdaşlarıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: