Azərbaycanda memarlığın inkişafında xidmətləri olan şəxslərə “Əməkdar memar” fəxri adı verildi - SƏRƏNCAM
Prezident İlham Əliyev dekabrın 17-də Azərbaycanda memarlığın inkişafında xidmətləri olan şəxslərə “Əməkdar memar” fəxri adının verilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda memarlığın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar memar” fəxri adı verilsin:
Axundov Cahangir Rifaətoviç
Hacıyeva Səbinə Xalid qızı
Qasımov Nizami Fikrət oğlu
Qəhrəmanova Şəhla Şex Əli qızı
Məmmədov Kamil Müzəffər oğlu".