Həştərxanda olan Heydər Əliyev adına 11 saylı məktəbin müəllimləri “Tərəqqi” medalı ilə təltif edilib - SƏRƏNCAM

A- A A+

Prezident İlham Əliyev Rusiya Federasiyası Həştərxan şəhəri Heydər Əliyev adına 11 saylı orta ümumtəhsil məktəbinin müəllimlərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında təhsil sahəsində əlaqələrin inkişafında xidmətlərinə görə Rusiya Federasiyası Həştərxan şəhəri Heydər Əliyev adına 11 saylı orta ümumtəhsil məktəbinin aşağıdakı müəllimləri “Tərəqqi” medalı ilə təltif edilsin:

Auslender Raisa Markovna

Boqdyuk Larisa Anatolyevna

Maxmutova Yelena Borisovna

Melyuçenkova Anna Vyaçeslavovna".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: