Prezident İlham Əliyev dekabrın 27-də Münasib Babayevə “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
1. Polkovnik Münasib Balaca oğlu Babayevə “general-mayor” ali hərbi rütbəsi verilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir".