Prezident İlham Əliyev dekabrın 27-də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:
“general-leytenant” ali hərbi rütbəsi
general-mayor Zaur Qasım oğlu Abdullayevə
general-mayor Mayıl Seminar oğlu Şahverdiyevə
general-mayor Yusif Həsən oğlu Mirzəyevə
“general-mayor” ali hərbi rütbəsi
polkovnik Çingiz Böyükağa oğlu Kiçibəyova.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir".