Prezident İlham Əliyev MİDA-nın Hövsan və Yasamal Yaşayış komplekslərində şəhid ailələri və hərbçilər üçün nəzərdə tutulmuş mənzillərlə tanış olub - YENİLƏNƏCƏK - FOTOLAR
Dekabrın 29-da Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Hövsan və Yasamal Yaşayış komplekslərində inşa edilmiş binalarda şəhid ailələri və hərbçilər üçün nəzərdə tutulmuş mənzillər istifadəyə verilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər iki yaşayış kompleksdəki mənzillərlə tanış olub.