Prezident İlham Əliyev fevralın 1-də 2022-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Sərəncama əsasən, Naxçıvan Dövlət Universitetinin gənc müəllimi Qasımov Əziz Kamal oğlu da gənclər siyasəti və gənclərlə iş sahəsi üzrə fərqləndiyinə görə, Prezident mükafatına layiq görülüb.
Qeyd edək ki, Əziz Qasımovun rəhbərlik etdiyi Naxçıvan Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı 2021-ci ildə ölkədə ictimai və sosial əhəmiyyətli, o cümlədən könüllü fəaliyyətin təşkili və bu fəaliyyətin həyata keçirilməsində fəal iştirakına görə “İlin ən yaxşı Tələbə Gənclər Təşkilatı” nominasiyası üzrə mükafata layiq görülüb.
Qeyd edək ki, Naxçıvan Dövlət Universitetinin tələbə təşkilatlarının fəallığı nəticəsində universitet tələbələri muxtar respublikada, Azərbaycanda keçirilən müsabiqələrdə, olimpiadalarda, sərgilərdə, festivallarda və digər tədbirlərdə fəal iştirak edir və qələbə qazanırlar.