Hərbi prokurorluq işçiləri olmayan hərbi qulluqçuların maaşları 20 faiz artırılıb - FƏRMAN

A- A A+

Prezident İlham Əliyev fevralın 7-də Azərbaycan Respublikası prokurorluq orqanlarının hərbi prokurorluq işçiləri olmayan hərbi qulluqçularının aylıq pul təminatının artırılması haqqında Fərman imzalayıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası prokurorluq orqanlarının hərbi prokurorluq işçiləri olmayan hərbi qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası prokurorluq orqanlarının hərbi prokurorluq işçiləri olmayan hərbi qulluqçularının aylıq vəzifə maaşlarına həmin maaşın 20 faizi məbləğində əlavə müəyyən edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Hərbi Prokurorluğu və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsünlər.

4. Bu Fərman 2022-ci il yanvarın 1-dən tətbiq edilir".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: