Prezident İlham Əliyev fevralın 10-da Rövnəq Abdullayevin Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini təyin edilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Rövnəq İbrahim oğlu Abdullayev Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini təyin edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir".