Prezident İlham Əliyev fevralın 10-da "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti işçilərinin təltif edilməsi haqqında" Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təltif edilənlər arasında Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin əməkdaşları da vardır.
Prezidentin Sərəncamı ilə Əsgərov Elşad Novruz oğlu və Kərimov Faiq Ramiz oğlu 1-ci dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə təltif ediliblər.
Qeyd edək ki, həmin şəxslər Azərbaycan Respublikasında vergi sisteminin inkişafında xidmətlərinə görə təltif ediliblər.