Naxçıvanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edilib - SƏRƏNCAM

A- A A+

Prezident İlham Əliyev fevralın 14-də "Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları və mülki işçilərinin təltif edilməsi haqqında" Sərəncam imzalayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təltif edilənlər arasında Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları da var.

Prezidentin Sərəncamı ilə mayor Şükürlü Lətif Canbağış oğlu, mayor Vəliyev Nüsrət Musa oğlu və kapitan Niftəliyev Habil Cəfər oğlu “Hərbi xidmətlərə görə” medalı ilə təltif ediliblər.

Qeyd edək ki, həmin şəxslər xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə təltif ediliblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: