Prezident İlham Əliyev fevralın 18-də Anar Nağıyevin Bakı Slavyan Universitetinin rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Anar Rüstəm oğlu Nağıyev Bakı Slavyan Universitetinin rektoru təyin edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir".