Naxçıvanın Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları təltif edilib - SƏRƏNCAM

A- A A+

Prezident İlham Əliyev fevralın 21-də Azərbaycan Respublikasında avtomobil yollarının tikintisi və istismarı sahəsində fərqlənən bir qrup şəxsin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təltif edilənlər arasında Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları da vardır.

Prezidentin Sərəncamı ilə Babayev Talıb Ramiz oğlu, Həsənquliyev Səfər Əli oğlu, Hüseynzadə Rəşadət Hüseyn oğlu, Mehdiyev Firudin Rza oğlu və Məmmədov Xəzər Nizami oğlu “Tərəqqi” medalı ilə təltif ediliblər.

Qeyd edək ki, həmin şəxslər Azərbaycan Respublikasında avtomobil yollarının tikintisi və istismarı sahəsində əmək nailiyyətləri ilə fərqləndiklərinə görə təltif ediliblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: