Moldovanın dövlət başçısı Prezident İlham Əliyevə telefonla zəng edib

A- A A+

Martın 3-də Moldova Respublikasının Prezidenti Maya Sandu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Bu barədə Prezidentin Mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə məlumat verilib.

Telefon söhbəti zamanı regional məsələlər barədə fikir mübadiləsi aparılıb, həmçinin Azərbaycan ilə Moldova arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi və enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: