Prezident İlham Əliyev Koreyanın yeni Prezidentini təbrik edib

A- A A+

Prezident İlham Əliyev Koreya Respublikasının yeni seçilmiş Prezidenti Yun Sok Yola təbrik məktubu ünvanlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, mətndə deyilir:

"Hörmətli cənab Yun,

Koreya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimiyyətlə təbrik edirəm.

Mən Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında təşəkkül tapmış dostluq əlaqələrinə böyük əhəmiyyət verirəm. İnanıram ki, bu il diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edəcək ölkələrimiz arasındakı qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq xalqlarımızın rifahı naminə birgə səylərimizlə inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost xalqınızın rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: