Prezident İlham Əliyev aprelin 21-də Məsud Əfəndiyevə və Qərib Mürşüdova “Əməkdar elm xadimi” fəxri adının verilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Elm sahəsində nailiyyətlərinə və Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə Məsud Arif oğlu Əfəndiyevə və Qərib Novruz oğlu Mürşüdova “Əməkdar elm xadimi” fəxri adı verilsin".