Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

1515

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, mayın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikasının Ərzurum Atatürk və Van Yüzüncü İl universitetlərinin rektorları ilə görüşüb.

Ali Məclisin Sədri qonaqları salamlayıb, vaxtilə hər iki universitetdə olduğunu xatırladıb. Azərbaycan-Türkiyə əlaqələrindən bəhs edən Ali Məclisin Sədri təhsil sahəsindəki əməkdaşlığa diqqəti çəkib, Naxçıvanda Türkiyədən olan tələbələrin təhsil aldığını bildirib, universitetlər arasında qarşılıqlı təcrübə, eləcə də müəllim-tələbə mübadiləsinin, ikili diplom layihələrinin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Səmimi qəbula görə minnətdarlıq edən Ərzurum Atatürk Universitetinin rektoru, professor Ömər Çomaklı Naxçıvan Dövlət Universiteti ilə qarşılıqlı əlaqələrdən bəhs edib, səfərin universitetlər arasındakı əməkdaşlıqda faydalı olacağını bildirib.

Van Yüzüncü İl Universitetinin rektoru, professor Həmdullah Şevli də səfərin təhsil sahəsindəki əlaqələrə mühüm töhfə verəcəyini qeyd edib, ali təhsil müəssisələri arasındakı əməkdaşlıqdan danışıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: