Ali Məclisin Sədri mədəniyyət işçilərini təltif etdi - SƏRƏNCAM

A- A A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sentyabrın 17-də “Əməkdar mədəniyyət işçisi” fəxri adının verilməsi haqqında Sərəncam imzalayıb.

NUHÇIXAN-ın məlumatına görə, Sərəncamda deyilir:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:

Naxçıvan Muxtar Respublikasında mədəniyyət sahəsində səmərəli fəaliyyətlərinə görə:

Əliyeva Günay Fərhad qızına, Əliyeva İlahə Yavər qızına, Əsgərov Məmməd Səməd oğluna– “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilsin”.

Qeyd edək ki, Ali Məclisin Sədri hər il Milli Musiqi Günü münasibətilə muxtar respublikada səmərəli fəaliyyəti ilə  fərqlənən mədəniyyət işçilərini  təltif edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: