Prezident İlham Əliyev dövlət peşə təhsil müəssisələrində oxuyanlara təqaüdün verilməsinə dair qanunu təsdiqləyib
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Prezident İlham Əliyev “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.
Sənədə əsasən, “Peşə təhsili haqqında” Azərbaycan Respublikası Qanununun 10.11-ci maddəsi aşağıdakı redaksiyada verilir:
“10.11. Dövlət peşə təhsil müəssisələrində təhsilalanlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə təqaüd verilir.”.