Prezident İlham Əliyev "Azərxalça" ASC-nin Xaçmaz filialının açılışında iştirak edib - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz filialının açılışında iştirak edib.
NUHÇIXAN xəbər verir ki, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına müəssisə barədə məlumat verib.
Azərbaycan Prezidenti müəssisənin rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyev filialın kollektivi ilə görüşüb.
Müəssisənin işçisi Zahirə Beydullayeva və filialın direktoru Sevda Xəlilova göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.
Sonda xatirə şəkli çəkdirilib.