Prezident İlham Əliyev iyunun 1-də Azərbaycan Respublikasının mülki aviasiya işçilərinə fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda mülki aviasiya sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:
“Əməkdar mühəndis”
Quliyev Fuad Əkram oğlu
“Əməkdar pilot”
Abdullayev Qələndər Əjdər oğlu
Abdullayev Natiq Zirəddin oğlu
Babayev Oqtay Adil oğlu
Balaxanov Namiq Qulam oğlu
Cumayev Rövşən İlyas oğlu
İbrahimov Akif Mədəniyyət oğlu
İsmayılov Çingiz Məcit oğlu
Məmmədov Rüfət Əliməmməd oğlu
Səttərov Marat Xanlar oğlu".