Prezident İlham Əliyev iyunun 7-də Əliyar Məmmədyarovun Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini təyin edilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 21.7-ci maddəsinə uyğun olaraq qərara alıram:
Əliyar Qəhrəman oğlu Məmmədyarov Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini təyin edilsin".