Naxçıvanda Aşura mərasimləri keçirilib - FOTOLAR
Hər il Məhərrəm ayı və onun Aşura günü muxtar respublikada İslamın dəyərlərinə uyğun qeyd olunur.
Məhərrəm ayı tarix boyu bütün səmavi dinlər tərəfindən sülh və əmin-amanlıq ayı kimi qəbul olunub.
İslamdan sonra Aşura günü Kərbəla hadisəsi ilə bağlı olub. İmam Hüseyn və tərəfdarları həmin gün haqq uğrunda şəhadətə qovuşublar. Bu günün mahiyyətində iman sevgisi, savab əməllər və əqidə saflığı kimi ali dəyərlər dayanır. Hər il muxtar respublikada keçirilən Aşura mərasimlərində insanlar bu mənəvi dəyərlər ətrafında həmrəy olur, məscidlərdə qanvermə aksiyaları keçirilir, ehtiyacı olanlara həyat verilir.
NUHÇIXAN xəbər verir ki, sentyabrın 20-də Naxçıvan şəhərindəki Cümə məscidində Aşura mərasimi keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Aşura mərasimində iştirak edib.
Mərasimdə Qurani-Kərimdən ayələr oxunub, dualar edilib, ehsan verilib.