Prezident İlham Əliyev iyunun 16-da Azərbaycan Respublikasının səhiyyə işçilərinə fəxri adların verilməsi və Azərbaycan Respublikasının səhiyyə işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncamlar imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təltif edilənlər arasında Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşları da vardır.
Prezidentin Sərəncamı ilə Abbasova Yəmən Məmməd qızı “Əməkdar tibb işçisi” fəxri adı ilə, Hacıyev Ramin İzzət oğlu və İmanova İsmət Cəfər qızı isə “Tərəqqi” medalı ilə təltif ediliblər.
Qeyd edək ki, həmin şəxslər Azərbaycan Respublikasında səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə təltif ediliblər.