Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşı təltif edilib - SƏRƏNCAM

277

Prezident İlham Əliyev iyulun 1-də "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında" Sərəncam imzalayıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Cinayətkarlığa qarşı mübarizə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi, ölkədə tətbiq edilmiş xüsusi karantin rejiminin tələblərinə riayət olunmasına nəzarət edilməsi, işğaldan azad olunmuş ərazilərdə ictimai asayişin və təhlükəsizliyin təmin edilməsi ilə bağlı xidməti vəzifələrini yerinə yetirməkdə fərqləndiklərinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı əməkdaşları təltif edilsinlər:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Yusifov Mahmud Şahmurad oğlu – tibb xidməti polkovniki

“Vətən uğrunda” medalı ilə

Abbasov Rəşad Vaqif oğlu – polis polkovniki

Aslanov Çingiz Rauf oğlu – polis polkovniki

Həmzəyev Pərviz Mahmud oğlu – polis polkovniki

Qurbanov Elmir Vaqif oğlu – polis polkovniki

Məmmədov Emin Mobil oğlu – polis polkovniki

Nəsirov Zaur Zakir oğlu – polis polkovniki

Sarıyev Bəkir Qəhrəman oğlu – polis polkovniki

Abbasov Zaur Nürəddin oğlu – polis polkovnik-leytenantı

Camalov Vüqar Yahya oğlu – polis polkovnik-leytenantı

Əlizadə Cavidan Gülağa oğlu – polis polkovnik-leytenantı

Kərimov Rəhman Cəbrayıl oğlu – polis polkovnik-leytenantı

Qasımov Ceyhun Həsən oğlu – polis polkovnik-leytenantı

Qasımov Nəvai Becan oğlu – polis polkovnik-leytenantı

Quliyev Elşən Şahlar oğlu – polis polkovnik-leytenantı

Səlimov Murad Rəfayıl oğlu – polis polkovnik-leytenantı

Cəfərov Məhiyəddin Bulud oğlu – polis mayoru

Əliyev Səttar Nizami oğlu – polis kapitanı

Məmmədov Şakir Fərman oğlu – polis baş leytenantı

“İgidliyə görə” medalı ilə

Məmmədov Nəsib Sayad oğlu – polis polkovniki

Qaflanov Qurban Oruc oğlu – polis polkovnik-leytenantı

Şıxnəbiyev Rəşad Rəhbər oğlu – polis polkovnik-leytenantı

Nağıyev Kənan İlyas oğlu – polis mayoru

Dadaşov Rəşvin Akif oğlu – polis kapitanı

Mehvalıyev Cəmaləddin Teymur oğlu – polis baş leytenantı

Həbibullayev Rasim Fərman oğlu – polis kiçik leytenantı".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: