Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları təltif olunub - SƏRƏNCAM

A- A A+

Prezident İlham Əliyev iyulun 1-də "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında" Sərəncam imzalayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təltif edilənlər arasında Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları da vardır.

Prezidentin Sərəncamı ilə polis polkovnik-leytenantı Qasımov Ceyhun Həsən oğlu və polis mayoru Cəfərov Məhiyəddin Bulud oğlu “Vətən uğrunda” medalı ilə, polis mayoru Nağıyev Kənan İlyas oğlu isə “İgidliyə görə” medalı ilə təltif ediliblər.

Qeyd edək ki, həmin şəxslər cinayətkarlığa qarşı mübarizə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi, ölkədə tətbiq edilmiş xüsusi karantin rejiminin tələblərinə riayət olunmasına nəzarət edilməsi, işğaldan azad olunmuş ərazilərdə ictimai asayişin və təhlükəsizliyin təmin edilməsi ilə bağlı xidməti vəzifələrini yerinə yetirməkdə fərqləndiklərinə görə təltif ediliblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: