Azərbaycan-Özbəkistan Birgə hökumətlərarası komissiyasının sədri dəyişib - SƏRƏNCAM

A- A A+

Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinə dəyişiklik edilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” sərəncamda edilən dəyişiklikdə əksini tapıb.

Sərəncama əsasən, Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın sədri dəyişib.

Bundan əvvəl komissiyanın sədri “Azərbaycan Respublikası Baş nazirinin birinci müavini idi. dəyişikliyə əsasən, Azərbaycan Respublikasının iqtisadiyyat naziri bu komissiyanın sədri olacaq. Komissiyanın üzvləri sırasından isə Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini çıxarılıb.

Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinə bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə Özbəkistan Respublikası tərəfinə müvafiq bildiriş göndərmək tapşırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: