Ali Məclisin Sədri Sərəncam imzaladı

A- A A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyulun 18-də "Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında" Sərəncam imzalayıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Xüsusi istedadı olan aşağıdakı gənclərin adları Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılsın və onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülsünlər:

Abdullayeva Röya Xəyal qızı - Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin şagirdi, kikboksinq idmanı üzrə

Qafarov Kamal Əli oğlu - Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin şagirdi, STEAM təhsili üzrə”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: