Prezident İlham Əliyev iyulun 18- də "Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Fərmana əsasən, Dövlət Gömrük Komitəsində birinci müavin postunun sayı birdən ikiyə qaldırılıb.
Beləliklə, DGK sədrinin iki birinci müavini və dörd müavini var.