Prezident İlham Əliyev iyulun 19-da Akif Süleymanovun Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Akif Şamil oğlu Süleymanov Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsindən azad edilsin".