Prezident İlham Əliyev iyulun 23-də Rəfiqə Hüseyn-zadənin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında neft sənayesinin inkişafında xidmətlərinə görə Rəfiqə Abdul Ağa qızı Hüseyn-zadə “Şöhrət” ordeni ilə təltif edilsin".