Prezident İlham Əliyev avqustun 17-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təltif edilənlər arasında “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının hərbi qulluqçuları da vardır.
Prezidentin Sərəncamı ilə polkovnik-leytenant Həşimov Pərviz Mehman oğlu “Vətən uğrunda” medalı ilə, mayor Rüstəmov Əli Mübariz oğlu “İgidliyə görə” medalı ilə, polkovnik-leytenant İsgəndərov Vüsal Mehman oğlu və polkovnik-leytenant Musayev Rakif Qəşəm oğlu isə “Hərbi xidmətlərə görə” medalı ilə təltif ediliblər.
Qeyd edək ki, həmin şəxslər Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə təltif ediliblər.