Azərbaycan Prezidenti İlham Əliyevin İtaliya Nazirlər Şurasının Sədri Mario Draqi ilə görüşü olub

A- A A+

Sentyabrın 1-də Romada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının Sədri Mario Draqi ilə təkbətək görüşü olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, əvvəlcə Prezident İlham Əliyevin qarşılanma mərasimi olub.

Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İtaliya Nazirlər Şurasının Sədri Mario Draqi Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Nazirlər Şurasının Sədri Mario Draqi fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

İtaliyanın dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri İtaliya Nazirlər Şurasının Sədrinə təqdim olunub.

Sonra dövlətimizin başçısı İlham Əliyev və İtaliya Nazirlər Şurasının Sədri Mario Draqi birgə foto çəkdiriblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: