Ölkəmizin İtaliyadakı səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzi yaradılır - SƏRƏNCAM

A- A A+

Prezident İlham Əliyev sentyabrın 3-də Azərbaycan Respublikasının İtaliya Respublikasındakı Səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzinin yaradılması haqqında Sərəncam imzalayıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının daxili və xarici siyasəti, mədəniyyəti, tarixi, sosial-iqtisadi inkişafı, elmi-texniki və turizm potensialı barədə təbliğat işinin genişləndirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının İtaliya Respublikasındakı Səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzi yaradılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın 1-ci hissəsi ilə yaradılan Mədəniyyət Mərkəzinin fəaliyyətinin təmin edilməsi ilə bağlı zəruri tədbirlər həyata keçirsin".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: