Bakı metropoliteni işçilərinin peşə bayramı noyabrın 8-dən 6-na keçirilib - SƏRƏNCAM

A- A A+

Prezident İlham Əliyev sentyabrın 19-da “Bakı metropoliteni işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 oktyabr tarixli 1758 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Bakı metropoliteni işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 oktyabr tarixli 1758 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 10, maddə 898) 1-ci hissəsində “8-i” sözü “6-sı” sözü ilə əvəz edilsin".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: