Prezident İlham Əliyev oktyabr ayının 4-də Azərbaycan Respublikasının təhsil işçilərinin "'Əməkdar müəllim" adının verilməsi və "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
NUHÇIXAN xəbər verir ki, təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasında təhsil sahəsində fərqlənən şəxslər də var.
Prezidentin sərəncamı ilə Abdullayeva Səkinə Əli qızı, Rəhimov Salman Məmməd oğlu, Bağırov Hüseynəli Məmmədəli oğlu, Mədətova İltifat İbad qızı, Mehdiyeva Xuraman Məhiyəddin qızı “Əməkdar müəllimi” fəxri adı ilə, Zeynalova Fatma Nurəddin qızı, Hüseynov Eldəniz Zahid oğlu, Qasımov Dadaş Həsən oğlu, Əliyev Kəmaləddin Qurban oğlu isə “Tərəqqi” medalı ilə təltif ediliblər.
Qeyd edək ki, həmin şəxslər Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə təltif ediliblər.