Prezident İlham Əliyev Azərbaycan Prokurorluğunun altı əməkdaşını ali xüsusi rütbələrlə təltif edib - SƏRƏNCAM

A- A A+

Prezident İlham Əliyev sentyabrın 30-da Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prokurorluğunun aşağıdakı əməkdaşlarına II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilsin:

Məmmədov Elçin Məmmədbağır oğlu – Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini

Camalov Elmar Heybət oğlu – Azərbaycan Respublikası Baş prokurorunun müavini

Məmmədov Heydər Vidadi oğlu – Azərbaycan Respublikası Baş prokurorunun müavini

Rəcəbov Nazim Hafis oğlu – Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi.

2. Azərbaycan Respublikası Prokurorluğunun aşağıdakı əməkdaşlarına III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilsin:

Əvəzov Nemət Yusif oğlu – Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin rəisi

Əlixanov Erkin Hüseynağa oğlu – Azərbaycan Respublikası Baş Prokurorluğunun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: