Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdamda Atçılıq Nəsilartırma Mərkəzinin təməl qoyma mərasimində iştirak ediblər - YENİLƏNİB - FOTOLAR

A- A A+

Oktyabrın 4-də Ağdam rayonunun Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin təməlqoyma mərasimi keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Dövlətimizin başçısı və birinci xanım atlara baxış keçiriblər.

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Atçılıq Nəsilartırma Mərkəzi barədə məlumat verilib.

Qeyd olunub ki, mərkəzin konsepsiyası “Reflect Architechts” şirkəti tərəfindən hazırlanıb. Potensial böyümə hədəfi 30 hektar olan ərazinin 7 hektarında yerləşən mərkəzin tərkibində 120 baş at üçün xüsusi dizayn edilmiş tövlələr, nəsilartırma laboratoriyaları, baytarlıq klinikası və digər zəruri obyektlər yaradılacaq.

Diqqətə çatdırılıb ki, mərkəzdə 60-80 otaqlı mehmanxana, muzey, kafe, restoran və tribunalar nəzərdə tutulub. İstər peşəkar, istərsə də həvəskar çaparlar üçün xüsusi məşq zonaları, qaçış zolaqları və Çövkən yarışları üçün meydança layihələndirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: