Praqada Azərbaycan, Fransa, Avropa İttifaqı Şurası və Ermənistan liderlərinin yenidən görüşü olub - YENİLƏNİB - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, oktyabrın 6-da Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə yenidən görüşü olub.