Şahbuz şəhərində məktəbdənkənar təhsil müəssisələri üçün yeni bina inşa olunur

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, oktyabrın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şahbuz şəhərində məktəbdənkənar təhsil müəssisələri üçün inşa olunan binanın layihəsinə baxıb, tikinti işləri ilə də maraqlanıb.

Məlumat verilib ki, zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olacaq binada dəmir-beton işləri yekunlaşdırılıb. Tikinti işləri yekunlaşdıqdan sonra binada Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi, Texniki Yaradıcılıq Mərkəzi və Turist-Diyarşünaslıq Mərkəzinin fəaliyyəti üçün şərait yaradılacaqdır.

Ali Məclisin Sədri tikinti işlərinin gedişi ilə bağlı müvafiq tapşırıqlar verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: