Prezident İlham Əliyev noyabrın 4-də kontr-admiral Sübhan Bəkirova “vitse-admiral” ali hərbi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Kontr-admiral Sübhan Kamal oğlu Bəkirova “vitse-admiral” ali hərbi rütbəsi verilsin".